
“Arsenal”ın və İngiltərə millisinin cinah oyunçusu Noni Madueke UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətinin məlumat yayıb.
Çərşənbə günü, dekabrın 10-da Madueke “Brügge” ilə matçda iki dəfə fərqlənib.
Oyun 3:0 hesabı ilə “Arsenal”ın xeyrinə başa çatıb.
“Arsenal”ın üçüncü qolu Qabriel Martinellidən gəlib.
Noni Madueke həftənin oyunçusu yarışında “Atalanta”dan Şarl De Ketelareni, “Ayaks”dan Oskar Qluxu və “Barselona”dan Jül Kundeni geridə qoyub.
Noni Madueke 2025-ci ilin yayından “Arsenal”dadır. O, əvvəllər iki il yarım “Çelsi”də çıxış edib.
Tətbiqimizi yükləyə bilərsiniz