
Bristoldakı Britaniya İmperiyası Muzeyinin kolleksiyasından 600-dən çox eksponat oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, eksponatlar muzeyin anbarından oğurlanıb.
Eyvon və Somerset polisinin detektivləri hadisə ilə bağlı araşdırmaya başlayıb.
“Əhəmiyyətli mədəni dəyərə malik çoxsaylı eksponatların oğurlanması şəhər üçün ciddi itkidir. Bu eksponatlar Britaniya tarixinin çoxtəbəqəli hissəsinə dair məlumat verən kolleksiyanın bir hissəsini təşkil edir və ümid edirik ki, ictimaiyyət nümayəndələri günahkarların məsuliyyətə cəlb edilməsində bizə kömək edəcəklər”, - polis bildirib.
Oğurluqda şübhəli bilinən 4 nəfər axtarışa verilib.
Tətbiqimizi yükləyə bilərsiniz