
“Apple” 2025-ci il üçün “App Store”da ən çox yüklənən proqram və oyunların yekun siyahılarını dərc edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Belə ki, “OpenAI”nin “ChatGPT” süni intellekti “Google”, “TikTok” və “WhatsApp” kimi xidmətləri geridə qoyaraq, ödənişsiz “iPhone” proqramları arasında liderə çevrilib.
İlk onluğa həmçinin “Google Gemini” çatbotu da daxil olub. Belə ki, “Google Gemini” ilk onluqda 10-cu yeri tutub.
Ödənişli “iPhone” proqramları arasında ən populyarları isə “HotSchedules”, “Shadowrocket” və “Procreate Pocket” olub.
“Block Blast”, “Fortnite” və “Roblox” “iPhone” oyun seqmentində ən çox yüklənən ödənişsiz oyunlar olub. Ödənişli oyunlar arasında isə “Minecraft”, “Balatro” və “Heads Up” fərqlənib.
“Apple” həmçinin “Apple Arcade” abunəliyindəki ən populyar oyunların siyahısını dərc edib. Siyahıya görə, ən populyar oyunlar “NFL Retro Bowl '26”, “NBA 2K25 Arcade Edition” və “Balatro+” olub.
Tətbiqimizi yükləyə bilərsiniz