Ərdoğan Putinlə görüşəcək


Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin görüşü planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, İki ölkə lideri arasında görüşün Aşqabadda baş tutacağını qeyd edib.
Qeyd edək ki, Ərdoğan və Putin dekabrın 12-də Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad ilinə həsr olunmuş beynəlxalq forumda iştirak etmək üçün Türkmənistanda səfərdə olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top