
Çempionlar Liqasının 6-cı turu çərçivəsində Portuqaliyanın “Benfika” və İtaliyanın “Napoli” komandaları arasında keçirilən oyun təcrübəli məşqçi Joze Mourinyonun Çempionlar Liqasında 150-ci oyunu olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çempionlar Liqasının rəsmi saytı “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Mourinyo daha əvvəl “Fənərbaxça”, “Roma”, “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu” və “Leyriya” klublarına rəhbərlik edib.
Portuqaliyalı mütəxəssis karyerası ərzində bir çox titula sahib olub. Ancaq Çempionlar Liqasını o, “Porto” və “İnter”lə qazanıb.
Mourinyonun həmçinin UEFA və FIFA-nın “İlin Baş məşqçisi” mükafatları da daxil olmaqla çoxsaylı fərdi mükafatları da var.
Qeyd edək ki, “Benfika” - “Napoli” oyunu 2:0 hesabı ilə Mourinyonun yetirmələrinin xeyrinə başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz