
Ermənistan İstintaq Komitəsinin əməkdaşları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyində axtarış aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, ondan çox müstəntiq nümayəndəliyə gəlib və axtarış aparılmasına və sənədlərin götürülməsinə icazə verən məhkəmə qərarını təqdim edib.
İstintaq Komitəsi bildirib ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir. Lakin onlar hansı işə istinad etdiklərini açıqlamayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz