
Alman lüks idman avtomobili və SUV istehsalçısı “Porsche” hər dörd əməkdaşından birini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə “Porsche” İstehsalat Şurasının sədri İbrahim Aslan məlumat yayıb.
Onun sözlərinə görə, bu qərar “Porsche” şirkətinin istehsalı başqa ölkələrə köçürmək planları ilə əlaqədar qəbul edilib.
Aslan siyahıya şirkətin bir neçə kiçik obyekti ilə yanaşı, Ştutqart-Zuffenhauzendəki əsas zavodunun və Vaysaxdakı inkişaf mərkəzinin daxil olduğunu bidirib.
O, “Porsche”nin 2029-cu ilə qədər bu müəssisələrdə təxminən 1900 işçini ixtisar etməyi planlaşdırdığını qeyd edib.
Qeyd edək ki, 2025-ci ilin birinci yarısında “Porsche” xalis mənfəətinin 338 milyon, düzəliş edilmiş mənfəətinin isə 1,1 milyard avroya düşdüyünü bildirmişdi. Fevral ayında isə “Porsche” ilk dəfə olaraq direktorlar şurasının yenidən qurulduğunu elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz