Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayı azalıb


Son illər Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayında azalma qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, 2016–2024-cü illər ərzində rəhbər vəzifələrdə çalışan qadınların sayı 11 nəfər azalıb.
Belə ki, 2016-cı ildə ölkədə rəhbər vəzifələrdə ümumilikdə 90 qadın çalışdığı halda, 2024-cü ildə bu göstərici 79 nəfər olub.
Ötən il ölkədə 1 qadın vitse-prezident, 2 qadın dövlət komitəsinin sədri, 6 qadın isə nazir müavini kimi fəaliyyət göstərib.
Komitə sədrinin müavini vəzifəsini isə 3 qadın icra edib. Yerli icra hakimiyyəti başçıları arasında qadın olmayıb, lakin 65 qadın icra başçının müavini vəzifəsini icra edib.
Bundan başqa, ölkədə hazırda 2 qadın ombudsman (Azərbaycan Respublikası və Naxçıvan MR üzrə) fəaliyyət göstərir.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top