“Qarabağ” dünya reytinqində 3 pillə gerilədi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.
Yeniavaz.com
IFFHS-nin rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ” yeni reytinqdə 3 pillə geriləyib.
Nəticədə, ötən reytinqdə 65-ci olan Ağdam təmsilçisi (187,5 xal) 68-ci sırada qərarlaşıb.
Azərbaycanın digər klubları – “Sabah” (87,25 xal) 276-cı yerdən 252-ci, “Zirə” (70,5 xal) 387-ci yerdən 360-cı yerə qalxıb.
“Araz-Naxçıvan” isə (57,75 xal) 390-cı pillədən 486-cı pilləyə geriləyib.
Qeyd edək ki, siyahıda ümumilikdə 502 klub yer alıb. Dünya reytinqinə 585 xalla Fransanın PSJ klubu başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top