“Qarabağ məsələsi həll olunub” – Paşinyan


“Mən Qarabağdan olan insanlarımıza da demişəm ki, onların qayıdışı real deyil”.
Yeniavaz.com “Sputnik Ermənistran”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin bağlanmadığını və Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun olduğunu iddia edən müxalifət qüvvələrinə cavab verərkən deyib.
“Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, Qarabağ hərəkatını yenidən başlatmaq demək olacaq. Mən isə artıq bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb və onu dirçəltmək cəhdləri fayda gətirməyəcək”, - Paşinyan bildirib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə deməkdir:
“Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, yeni məhrumiyyətlər, yeni blokada və onun gözlənilməz nəticələri deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə, Ermənistanın yeni bir müharibəyə başlamalı olduğunu deyirlər”.

DİGƏR XƏBƏRLƏR

Top