
Sosial şəbəkələrdə palçıqda batmış avtobusun görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrların Sumqayıtın İnşaatçılar qəsəbəsi ərazisində çəkildiyi bildirilir.
Kadrlarda “İsuzu” markalı marşrut avtobusu və yük avtomobilinin 9 saylı orta məktəbin qarşısında batması əks olunub.
Bildirilir ki, sözügedən ərazidə qazıntı aparıldığı üçün son günlər yağan aramsız yağışlar palçığın yaranmasına səbəb olub və yoldakı hərəkəti çətinləşdirib.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz