Günəşdə dörd güclü partlayış baş verdi


Günəşdə sondan əvvəlki “M” sinfinə aid dörd günəş partlaması baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, ilk M1.5 alışması Bakı vaxtı ilə saat 3:27-də qeydə alınıb. Partlayış 4296 (S18W46)  nömrəli Günəş ləkələri qrupunda meydana gəlib və 20 dəqiqə davam edib.
Daha üç partlayış, M1.2, M1.9 və M1.0, müvafiq olaraq, Bakı vaxtı ilə səhər 8:22, 11:37 və 13:55-də baş verib. Onlar 4294, 4296 və 4298 saylı günəş ləkələri bölgələrindən ibarət ilin ən böyük günəş ləkəsi kompleksində qeydə alınıb və 10-16 dəqiqə arasında davam edib.

DİGƏR XƏBƏRLƏR

Top