
Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” hərbi pilotsuz uçan aparatları Rusiyanın Qara dənizdə “Daşan” neft tankerini vurub.
Yeniavaz.com ölkənin KİV-nə istinadən xəbər verir ki, bu barədə UTX-nin mənbəsi məlumat verib.
Bildirilib ki, gəmi transponderi söndürülmüş halda Komor adaları bayrağı altında Ukraynanın eksklüziv iqtisadi zonasında Novorossiysk liman terminalına doğru hərəkət edib.
“Hücum nəticəsində tankerə ciddi ziyan dəyib. İlkin məlumata görə, gəmi sıradan çıxıb”, - mənbə bildirib.
Ukraynalılar hesab edirlər ki, “Daşan” tankeri Rusiyanın “kölgə donanması” adlandırılan və Moskvanın Rusiya neftinə qarşı Qərb sanksiyalarından yan keçmək üçün istifadə etdiyi donanmanın bir hissəsi olub. Gəminin özü Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya və İsveçrənin sanksiya siyahısına daxil edilib.
Tətbiqimizi yükləyə bilərsiniz