Yaponiyada yenə güclü zəlzələ oldu


Yaponiyanın Honsyu adasında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Haçinohe şəhərindən (Aomori prefekturasının şimalı) 102 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 34 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.
Xatırladaq ki, dekabrın 8-i Aomori prefekturasının yaxınlığında 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top