Keynin “Bavariya”dakı gələcəyi bəlli oldu


“Bavariya”nın hücumçusu Harri Keyn klubu ilə müqaviləsini uzatmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Mənbənin məlumatına görə, klub müqavilənin uzadılmasına təşəbbüs göstərir. Keyn özü də bu təklifə qarşı deyil və onu qəbul etməyi planlaşdırır. 
Futbolçu 2026-cı il dünya çempionatından sonra klubu ilə müqavilənin bir illik uzadılmasını müzakirə etməyi planlaşdırır.
Keynin Münhen klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top