Rayonlararası avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2 %, o cümlədən noyabr ayında 38,1 % təşkil edib.
2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21,3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37,3 %-ə yüksəlib.
Xatırladaq ki, "Biletim.az" portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top