Bir dərs üçün Bakıdan Xankəndiyə gedən müəllim danışdı – Video


Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə müəllimlə bağlı paylaşılmış videoya yazdığı şərh geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, İctimai Televiziya isə həmin müəllim ilə – Bakıdan Xankəndiyə dərs deməyə gedən Arzu Şükürova ilə səfər zamanı birlikdə olub.
Arzu Şükürova həftədə iki dəfə 400 kilometrlik məsafəni qət edərək Qarabağ Universitetində “Əmək hüququ” fənnini tədris edir və dərsdən sonra yenidən Bakıya dönür. O bildirir ki, fiziki yorğunluq olsa da, etdiyi işi mənəvi borc kimi qəbul etdiyi üçün bu çətinliklər onu yormur.
Müəllimin Qarabağla bağlı arzusu isə illər əvvəl formalaşıb. 2016-cı ildə o, sosial şəbəkədə “Qarabağ azad olunsaydı, Şuşada müasir binalar tikmək üçün memarlıq oxumaq istəyərdim” sözlərini paylaşmışdı.
Emin Əmrullayevin müəllimə aid diqqətçəkən şərhi də onu yenidən gündəmə gətirib. Xankəndidə evlə təminatı mövzusu müzakirə olunsa da, Şükürova bununla bağlı aydınlıq gətirib. Universitet tərəfindən yaşayış şəraiti təqdim olunub, lakin əlavə işləri səbəbindən şəhərdə qalmağa ehtiyac duymur.
Daha geniş məlumat videomaterialda təqdim olunur.

DİGƏR XƏBƏRLƏR

Top