Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək


Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalan işlərin icrası ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin qalibi “Hovers Group” MMC (VÖEN – 1501843641) olub. Agentlik şirkətə qeyd olunan işlər üçün 7 milyon 598 min 114 manat 89 qəpik ödəyəcək.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 345 min 720 manat olan “Hovers Group” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev 73-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top