Əli Kərimlinin vəsatəti təmin olunmadı


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi barədə məhkəməyə müraciət edilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, vəsatət təmin edilməyib.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top