
Türkiyənin Kırıkkale vilayətində kimyəvi məhsulların istehsal olunduğu fabrikdə yanğın baş verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürmə qüvvələri cəlb olunub.
Kırıkkalenin Yahşihan rayonunda baş verən yanğının səbəbləri araşdırılır.
Qeyd olunur ki, yanğın baş verən zaman fabrikdə iş saatı olub. Bildirilir ki, hələlik tələfatla bağlı dəqiq məlumat yoxdur.
Hazırda yanğınsöndürmə qüvvələrinin müəssisədəki yanğını nəzarət altına almaq və söndürmək üçün intensiv səyləri davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz