
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda valyuta dəyişmə məntəqələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon dollar üstələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Bildirilir ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabrda 29 %-ə enib. Mərkəzi bankın valyuta ehtiyatları isə bu ilin 11 ayında 4,3 % artaraq 11,4 milyard ABŞ dollara çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz