Yaponiyadakı zəlzələ 9 sm sürüşməyə səbəb oldu


Yaponiyanın şimalında baş verən zəlzələ onun episentri yaxınlığında yer qabığının təxminən doqquz santimetr sürüşməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın Geoloji İnformasiya İdarəsi məlumat yayıb.
“Zəlzələnin episentrinin yaxınlığında yerləşən Hiqaşi-dori 2 elektron geodeziya stansiyasında şərq istiqamətində təxminən doqquz santimetr sürüşmə qeydə alınıb", - mənbə bildirib.
Qeyd edək ki, bazar ertəsi yerli vaxtla saat 23:15-də Yaponiyanın şimalında 7,6 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Növbəti 14 saat ərzində ölkədə maqnitudası 3,6-6,4 arasında dəyişən 14 afterşok qeydə alınıb .
Yaponiyanın Baş naziri Sanae Takaiçi 30 nəfərin xəsarət aldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top