Messi bu il də MLS-in ən dəyərli oyunçusu seçildi


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Böyük Futbol Liqasında (MLS) mövsümün ən dəyərli oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Messi ardıcıl ikinci mövsüm bu mükafatı qazanıb. Belə ki, o, 2024-cü ildə də turnirin ən yaxşı oyunçusu olub.
Mətbuat xidmətinin məlumatına görə, liqanın tarixində ilk dəfə bir futbolçu bu titula ardıcıl iki dəfə layiq görülüb.
Digər tərəfdən, mövsümün sonunda Messi “İnter Mayami” ilə MLS çempionu olub. Komanda tarixində ilk dəfə bu titulu qazanıb.
Bu, həmçinin 38 yaşlı argentinalının “İnter Mayami” ilə dördüncü titulu olub.
Əvvəllər o, klubla Şimali Amerika Liqa Kubokunu (2023), MLS Kubokunu (2024) və Şərq Konfransının pley-offunu qazanıb.
Müntəzəm mövsümdə Messi 28 matçda 29 qol vurub və 16 məhsuldar ötürmə edib. Altı pley-off matçında argentinalı altı qol vurub və yeddi məhsuldar ötürmə edib.
Qeyd edək ki, Messi “Qızıl top”un səkkizqat qalibidir. O, karyerası ərzində “Barselona” və “Pari Sen-Jermen”də, 2023-cü ilin yayından isə “İnter Mayami”də çıxış edib. Argentina millisi ilə forvard Dünya Kuboku (2022), Finalissima (2022) və Amerika Kubokunun (2021, 2024) qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top