
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird – 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.
Bildirilir ki, onlar dərsdən sonra yedikləri dönərdən zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz