
“Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoy saxlanılıb.
Yeniavaz.com “Hürriyet”ə istinadən xəbər verir ki, jurnalist İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılıb.
Bildirilib ki, Ersoy “İstifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr satın alma” və “Qəbul etmə və ya saxlama” maddələri üzrə şühbəli bilinir.
O, TRT nümayəndəsi və müharibə müxbiri, TRT TÜRK Tripoli və Sana müxbiri, TRT Qahirə-Misir nümayəndəsi, TRT ərəb koordinator müavini, TRT İstanbul regional direktor müavini, Diyanət İşləri Başçılığının Yaxın Şərq və İslam Bölgəsi üzrə müşaviri kimi vəzifələrdə çalışıb. O, Türkiyə sərhədləri boyunca və Əfqanıstan, Liviya və Fələstin kimi qaynar münaqişələrin yaşandığı bölgələrdəki sahədən reportajlar verib.
Tətbiqimizi yükləyə bilərsiniz