Dünyanın ən tıxaclı şəhəri açıqlandı


Türkiyənin İstanbul şəhəri dünyanın ən uzun tıxaclara malik şəhərlərinin reytinqinə başçılıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Inrix” analitik araşdırmasında məlumat verilib.
Qeyd olunub ki, orta İstanbul sakini tıxaclarda ildə 118 saat itirir ki, bu da əvvəlki ilə nisbətən 12% çoxdur. 20 milyondan çox əhalisi olan Türkiyənin ən böyük şəhəri Mexiko, Çikaqo, Nyu-York, London və bir sıra digər meqapolisləri üstələyib.
Araşdırma 37 ölkənin 942 şəhərində aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top