İngiltərə millisinin futbolçusu həbs edildi


“Əl-Əhli” futbol klubunun və İngiltərə millisinin hücumçusu İvan Toni həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, iddialara görə, Toni Londondakı barda bir adama baş zərbəsi endirib. 
Mənbənin sözlərinə görə, hadisə qurbanın Toni ilə şəkil çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib. Daha sonra burnunun sınması ilə bağlı həkimə müraciət edib. Qəzetin dərc etdiyi kadrlarda polisin idmançını əlləri qandallı şəkildə bardan çıxardığı görünür.
29 yaşlı Toney 2024-cü ilin avqustunda “Əl-Əhli”yə keçib. Bundan əvvəl forvard bir neçə İngiltərə klubunda, ən son isə “Brentford”da çıxış edib. O, İngiltərə millisində 7 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top