Azərbaycan Gürcüstanda 4-cü, SOCAR isə 1-ci oldu


Bu ilin III rübü ərzində Gürcüstana 533,2 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub.
Yeniavaz.com
“Geostat”a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Bildirilir ki, bu ilin ilk 9 ayı ərzində isə Gürcüstan iqtisadiyyatına ümumilkdə 1 milyard 296,9 milyon dollar birbaşa xarici investisiya yönəldilib.
Bu ilin 3-cü rübündə Gürcüstana ən çox investisiya yatıran ölkələrin ilk 5-liyində ABŞ (93,5 milyon dollar), İspaniya (72,1 milyon dollar), Türkiyə (70 milyon dollar), Azərbaycan (56,7 milyon dollar) və Malta (50,4 milyon dollar) qərarlaşıb.
Hesabat dövründə ən çox sərmayə cəlb edən sahələr bunlar olub: Daşınmaz əmlak (91,7 milyon dollar), nəqliyyat sektoru (79,8 milyon dollar) və su təchizatı və tullantıların idarə edilməsi (71,5 milyon dollar).
Bu üç sektor 3-cü rübdə ölkəyə daxil olan birbaşa xarici investisiyanın 45,6%-ni özündə birləşdirir.
Gürcüstanda ən çox xarici investisya qəbul edən 10 şirkət isə aşağıdakı kimi olub:
“SOCAR Energy Georgia”;
“Magticom”;
“TAV Urban Georgia”;
“Poti Dəniz Limanı”;
“Georgian Cement”;
“ASC Mina”;
“Toyota Caucasus”;
“Silk Road Group Holding”;
“Akvalia Georgia”;
“IG Development Georgia”.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top