“Ukraynada prezident seçkilərinin vaxtıdır” – Tramp


“Ukraynada prezident seçkilərinin vaxtıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico” qəzetinə müsahibəsində bildirib.
“Hesab edirəm ki, indi Ukraynada prezident seçkilərinin vaxtı çatıb. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər. Lakin məncə, Ukrayna xalqının seçimi olmalıdır”, - Tramp qeyd edib.
Qeyd edək ki, Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada ölkədə elan edilən hərbi vəziyyətlə əlaqədar yeni lider üçün seçkilər keçirilməyib.
Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib. Həmin tarixdən bu müddət mütəmadi olaraq uzadılır.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransı zamanı Zelenski bəyan edib ki, Rusiya ilə atəşkəs əldə edildikdən sonra Ukraynada şəffaf demokratik seçkilər keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top