
İngiltərənin “Liverpul” klubu yanvarda misirli hücumçu Məhəmməd Salahı yollarını ayırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İndykaila News” nəşri “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Nəşrin yazdığına görə, Salah bütün variantlara açıqdır. O, “Barselona”, “Real Madrid” və ya “Bavariya”ya keçidi nəzərdən keçirməyə hazırdır.
Lakin Səudiyyə Ərəbistanından gələn təklif Salah üçün daha cəlbedici ola bilər.
Qeyd edək ki, misirli daha əvvəl məşqçi Arne Slotu tənqid atəşinə tutmuş və komandadakı rolundan razı olmadığını bildirmişdi.
O, artıq üç oyundur ki, komandanın start heyətinə daxil edilmir. Futbolçu həmçinin Çempionlar Liqasında “İnter”lə oyun üçün heyətə salınmayıb.
Xatırladaq ki, Salah bu mövsüm "Liverpul"un heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Tətbiqimizi yükləyə bilərsiniz