
Rusiyada qəzaya düşən “An-22” təyyarəsində olan yeddi nəfərin hamısı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarədə olan beş ekipaj üzvü və iki sərnişin dünyasını dəyişib.
Qeyd edilib ki, qəzaya uğrayan “An-22” 50 ildən artıq istismarda olub və çox güman ki, texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
***13:45
Rusiyanın İvanovo vilayətində “An-22” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, qəza İvanovonun Furmanovski rayonunda baş verib. Təyyarənin göyərtəsində yeddi nəfər ekipaj üzvü olub.
Digər tərəfdən, “Şot” Teleqram kanalı qəzaya uğrayan “An-22” təyyarəsinin Rusiya Müdafiə Nazirliyinə məxsus olduğunu bildirib.
Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, An-22 “Antey” ilk Sovet geniş gövdəli turbovintli nəqliyyat təyyarəsi və dünyanın ən böyük turbovintli təyyarəsidir.
Tətbiqimizi yükləyə bilərsiniz