“Bakubus” Baba Rzayevin qardaşının şirkətinə son 3 ayda 27 milyon manat ayırıb


“Bakubus” MMC “Bakelektro” ASC (VÖEN – 1500046831) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üzrə elektrik təchizatı işlərini həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 12 milyon 255 min 98 manat 48 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.
Onu da qeyd edək ki, 3 ay əvvəl – bu ilin sentyabr ayında da “Bakubus” MMC “Bakelektro” ASC ilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.
Müqavilə Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işləri ilə bağlı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top