“Time” Di Kaprionu ilin aktyoru seçdi


Nüfuzlu “Time” jurnalı məşhur aktyor Leonardo Di Kaprionu “İlin aktyoru” seçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nəşr rəsmi saytında məlumat yayıb.
Jurnal son sayının üz qabığını da Di Kaprioya həsr edib.
“Hazırda 51 yaşlı Di Kaprio həmyaşıdlarının çoxunun həsəd aparacağı karyera qurub. İnandığı insanlarla işləyib və inandığı layihələrdə yer alıb. Dünya onun üzünə baxmaqdan yorulmur. 30 ildən çox aktyorluqdan sonra tamaşaçılar hələ də onu, bəlkə də, həmişəkindən daha çox görmək istəyir”, - nəşr qeyd edib.  
Qeyd edək ki, 2025-ci ildə Di Kaprio Pol Tomas Andersonun “Ard-arda döyüşlər” (“One Battle After Another”) filmində rol alıb və bu film bütün dünyada tənqidçilər və tamaşaçılar tərəfindən “hit”ə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top