
Tanınmış idman ustası, “Əməkdar məşqçi”, respublika dərəcəli hakim və “Göyəzən” klubunun məşqçi müəllimi Abdalov Rəayət Əziz oğlu dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, Rəayət Abdalov məşqçilik fəaliyyəti dönəmində onlarla atleti beynəlxalq yarışlara hazırlayıb. Onun yetirmələri dünya və Avropa səviyyəli yarışlarda, İslam Həmrəyliyi Oyunlarında ölkəmizi layiqincə təmsil edərək Vətənə medallarla qayıdıblar.
R.Abdalov 54 yaşında dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz