
2026-cı il Dünya Çempionatının hər oyununda futbolçulara su içmək üçün iki əlavə fasilə veriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytına müsahibəsində turnirin baş koordinatoru Manolo Zubiriya bildirib.
Onun sözlərinə görə, əlavə fasilələr üç dəqiqə davam edəcək və görüşlərin yerindən, vaxtından, həmçinin, hava şəraitindən asılı olmayacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı gələn ilin yayında üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Turnirin ilk oyunu gələn il iyunun 11-də keçiriləcək. Dünya çempionatının final oyunu iyulun 19-da baş tutacaq. Turnirdə ümumilikdə 48 milli komanda iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz