SOCAR Gürcüstanda liderlikdən 5-ci sıraya gerilədi


2019-cu illə müqayisədə ötən il Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin gəliri 35,4 milyon dollar və ya 16,2% azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “TBC Capital”ın hesabatında yer alıb.
Bildirilir ki, 6 il əvvəl – 2019-cu ildə Gürcüstanda SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin gəliri 218,8 milyon dollar olub və ötən il bu göstərici 183,4 milyon dollara düşüb. SOCAR-ın Gürcüstan bazarındakı payı da azalıb. Belə ki, 2019-cu ildə SOCAR ən çox gəlir əldə edən yanacaqdoldurma şəbəkəsi olub. 6 il əvvəl Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi illik gəlirlərinin 25%-i SOCAR-ın payına düşüb. Ancaq ötən il bu göstərici 15%-ə düşüb.
Qeyd edək ki, ötən il Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi gəliri 1,2 milyard dollar olub və bunun 26%-i “Wissol”un, 23%-i “Lukoyl”un, 20%-i “Rompetrol”un, 16%-i isə “Connect”in payına düşüb. 2019-cu ildə gəlirlərinə görə ilk sırada olan SOCAR 2024-cü ildə 5-ci sıraya düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top