
Gəncə şəhər sakini 16 yaşlı yeniyetmə atasına məxsus “Hyundai” markalı avtomobillə Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisində hərəkətdə olarkən, sərt döngədə idarəetməni itirərək yol kənarında dayanmış Feyruz Quluzadəni vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilsə də, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz