
Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, xəsarət alanlardan biri, 1982-ci il təvəllüdlü Məmmədov Yadigar Həbib oğlu dünyasını dəyişib.

Yadigar Məmmədov
***11:12
Bakıda evdə partlayış olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz