“Hər döyüş çempionluq döyüşü olacaq” – Tramp


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək UFC 250 (“Ultimate Fighting Championship”) yubiley turnirinin bəzi təfərrüatlarından danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Home of Fight” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Tramp Ağ Evdə səkkiz və ya doqquz UFC döyüşünün olacağını bildirib.
“Çempionluq titulu uğrunda səkkiz və ya doqquz döyüş olacaq. Bunlar UFC çərçivəsində indiyə qədər olan ən iddialı döyüşlər olacaq”, - ABŞ Prezidenti portala müsahibəsində qeyd edib.
ABŞ lideri UFC prezidenti Dana Uaytın Ağ Evdə möhtəşəm bir arena qurduğunu bildirib.
“Hər döyüş çempionluq döyüşü olacaq”, - Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ-də Müstəqillik Bəyannaməsinin 250-ci ildönümü ilə bağlı UFC döyüşü iyunun 14-də Ağ Ev-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top