
Pakistanın şimal-qərbindəki təhlükəsizlik qüvvələrinə məxsus posta silahlı hücum olub.
Yeniavaz.com “Reuters“ agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində altı Pakistan əsgəri həlak olub.
Agentliyin məlumatına görə, hücum bazar ertəsi gecə və çərşənbə axşamı səhər saatları arasında Əfqanıstanla sərhədə yaxın olan Kurram bölgəsində baş verib.
Qeyd edək ki, hücumla bağlı məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Tətbiqimizi yükləyə bilərsiniz