
Səudiyyə Ərəbistanı spirtli içkilərin satışına dair qaydaları yumşaltmaq üçün əlavə addımlar atıb.
Yeniavaz.com “Bloomberg”ə istinadla xəbər verir ki, bu çərçivədə aylıq gəliri 50 000 rial (13 300 dollar) və ya daha çox olan qeyri-müsəlmanlara spirtli içkilər almağa icazə verilib.
Mövzu ilə tanış olan mənbələr nəşrə bildiriblər ki, həmin şəxslər ölkədə yeganə olan və Ər-Riyadda yerləşən içki mağazasına daxil olmaq üçün maaş arayışı təqdim etməklə gəlirlərini sübut etməlidirlər.
Məsələnin həssaslığı səbəbindən adlarının açıqlanmamasını istəyən mənbələr bildiriblər ki, mağaza ötən il xarici diplomatlar üçün açılıb və yaxın zamanda “premium rezidentlik” statusuna malik qeyri-müsəlmanlar üçün də giriş imkanını genişləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz