Yaponiyada 7,6 ballıq zəlzələ oldu – Video


Yaponiyanın şimal sahillərində, Aomori prefekturasının yaxınlığında 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat verib.
Yeraltı təkannın episentri Aomori prefekturasının şərqində Sakit okeanda, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.    
Yaponiyanın şərq və şimal-şərq sahilləri üçün sunami xəbərdarlığı edilib.
Yerli seysmoloqlar xəbərdarlıq ediblər ki, hündürlüyü təxminən 3 metr olan sunami Aomori, İvate və Hokkaydo prefekturalarının sahilyanı ərazilərinə çata bilər. Lakin sonradan sunami xəbərdarlığı ləğv edilb.
Yaponiyanın şimalında bir neçə xətt üzrə qatarların hərəkəti dayandırılıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi jurnalistlərə bildirib ki, zəlzələ nəticəsində ən azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. O vurğulayıb ki, hazırda ölən və itkin düşənlər barədə məlumat yoxdur.
Qeyd olunub ki, zəlzələ nəticəsində Yaponiyanın nüvə obyektlərində, o cümlədən zədələnmiş Fukusima-1 AES-də fövqəladə vəziyyət qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top