
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 9 dekabr tarixində 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq bölmədə təmir işləri aparılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən 35/6 kV-luq 493 saylı yarımstansiyada 6 kV-luq bölmədə təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək Bilgəh qəsəbəsi Azərbaycan qadını, Rəşid Behbudov küçələri və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz