Görüşdə nə müzakirə olundu? − Zelenski açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə görüşü zamanı hazırlanmış sülh planının yeni versiyasının dekabrın 9-da ABŞ-yə təqdim ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Düşünürəm ki, plan sabah axşama qədər hazır olacaq. Düşünürəm ki, biz onu yenidən analiz edib ABŞ-yə təqdim edəcəyik”, - Zelenski bildirib.
O, həmçinin planın 28 bənddən 20-yə endirildiyini və ərazi məsələsində hələ kompromis tapılmadığını bəyan edib.
Xatırladaq ki, dekabrın 8-də Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makronla görüşüb, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edib.

DİGƏR XƏBƏRLƏR

Top