
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.
Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.
Tətbiqimizi yükləyə bilərsiniz