
“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb:
“Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. İş üzrə başqa saxlanılanların da olduğu bildirilib”.
Qeyd edək ki, hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz