Nazirliyin tərkibindəki bu qurumlar ləğv edildi


Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyi elmi istehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görüb, nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top