
“Hamının, hətta rəsmi dairələrində “tormoz” sözünü müdafiə etdiyi bir zamanda Rəsul Rza belə bir təklif irəli sürdü: “Dilimizdə əyləmək sözü varsa, niyə onun əsasında əyləc sözünü yaratmayaq?” Göydələn, öləri, çimərlik sözlərinin dilimizdə banisi Rəsul Rzadır”.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda deyib.
AYB sədri Anar Rzayev də deputatın çıxışına münasibət bildirib:
“Elnarə Akimova Rəsul Rza haqqında çox dəyərli fikirlər səsləndirdi. Amma qeyd etmək istəyirəm ki, “çimərlik” sözünü Azərbaycan dilinə Xəlil Rza gətirib. Ona görə də özgə malını qeyd etməyək”.
Tətbiqimizi yükləyə bilərsiniz