Türkiyədə zəlzələ baş verdi


Türkiyənin Antalya şəhəinin Serik rayonunda yeri vaxtla saat 13:21-də (Bakı vaxtı ilə saat 14:21) 4,9 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-dan verilən məlumata görə, zəlzələ 28,25 kilometr dərinlikdə qeydə alınıb.
Məlumata görə, zəlzələ ətraf viyalətlərdə də hiss edilib.
Bildirilib ki, heç bir itki və ya tələfat yoxdur və sahə araşdırmaları davam edir.

DİGƏR XƏBƏRLƏR

Top