“Luvr”u bu dəfə su basdı


“Luvr” muzeyinin kitabxanasındakı yüzlərlə sənəd su altında qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Muzeyin müdir müavini Frensis Steynbok bildirib ki, noyabrın 26-da Misir Qədim Əsərlər Departamentinin kitabxanasının üç zalından birində su sızması baş verib və nəticədə 400-dək sənədə ziyan dəyib.
“Hazırda onları səhifə-səhifə qurutmaq üçün iş aparılır”, - Steynbok bildirib.
O deyib ki, bunlar dövri nəşrlər, istinad nəşrləri və arxeoloji jurnallardır. Bunlardan ən qədimi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aiddir. Bu mənbələrdən misirşünaslar, muzey işçiləri və tələbələr istifadə edirlər.
Steynbok “Luvr”da ventilyasiya və isitmə sistemində uzun müddətdir mövcud olan problemləri etiraf edib və qeyd edib ki, su basmış ərazidə onun təkmilləşdirilməsi planlaşdırılır.
Telekanal sızmanın klapanın səhv açılması nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 19-da işçi paltarı geyinmiş naməlum şəxslər forkliftdən istifadə edərək “Luvr” muzeyinə daxil olub və cəmi bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından boyunbağılar və broşlar da daxil olmaqla 88 milyon avro dəyərində olan zinət əşyalarını oğurlayıblar. Onlar qaçarkən İmperatritsa Yevgeniyanın 1354 brilyantla bəzədilmiş tacını yerə salıblar. Oğrular, həmçinin “qaranlıq şəbəkədə” oğurlanmış zinət əşyalarının bir hissəsini satmağa cəhd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top